AZ

"Yaşıl keçidi sürətləndirmək üçün daha çox maliyyə lazımdır"- Finlandiyalı deputat

Image

Yaşıl keçidi sürətləndirmək üçün daha çox maliyyə tələb olunur. Trend xəbər verir ki, bunu COP29 çərçivəsində Azərbaycan Milli Məclisi və Parlamentlərarası İttifaq (IPU) tərəfindən birgə təşkil olunan Parlament Görüşü zamanı keçirilən “İqlim maliyyəsinin qlobal arxitekturasının təhlili: resursların səfərbər edilməsi və iqlim fondlarına çıxışın sadələşdirilməsi” sessiyasında Finlandiya parlamentinin üzvü Krista Mikkonen deyib.

"Yaşıl keçidi sürətləndirmək üçün bizə daha çox maliyyə lazımdır. Nə qədər təxirə salsaq, bir o qədər çətinləşir. İqtisadiyyatın mühüm hissələrini itirmək riskimiz var. Biz bilirik ki, ölkələrin böyük imkanları var və daha zəngin ölkələr az inkişaf etmiş ölkələrə kömək etməlidir. Lakin bu, inkişaf etməkdə olan iqtisadiyyatların öz öhdəliklərindən yayınması üçün bəhanə deyil", - o bildirib.

Mikkonenin sözlərinə görə, 1990-cı illərdə daha az inkişaf etmiş hesab edilən ölkələrin bir çoxu hazırda güclü və inkişaf edən iqtisadiyyatlara malikdir və onlar da emissiyalarını azaltmalıdır.

"Bu, bütün G20 ölkələrinə və bütün Aİ ölkələrinə aiddir. İqlim təhlükəsinə gəldikdə, böyük məbləğdə pul tələb olunur. Bu, o deməkdir ki, bizə təkcə dövlətin maliyyəsi deyil, həm də özəl sektorun vəsaitlərinin səfərbər edilməsi lazımdır", - o bildirib.





Seçilən
28
baki-xeber.com

1Mənbələr