AZ

Hikmət Hacıyev: Prezident İlham Əliyevin COP29-da səsləndirdiyi tezislər xüsusilə inkişaf etməkdə olan ölkələrin baxışlarını əks etdirir

Bakı, Trend:

Azərbaycan Respublikası Ermənistan-Azərbaycan münaqişəsinin başaçatması, ərazi bütövlüyümüzün və suverenliyimizin tam şəkildə təminolunmasından sonra qlobal gündəlikdə duran məsələlərin və qlobalproblemlərin həllinə öz töhfəsini vermək baxımından dahagenişmiqyaslı və qlobal xarakterli xarici siyasət həyata keçirir.COP29 da bu xüsusda olan tədbirlərdən biridir.

Trend xəbər verir ki, bu fikri Azərbaycan RespublikasıPrezidentinin köməkçisi - Prezident Administrasiyasının Xaricisiyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev COP29çərçivəsində noyabrın 16-da Azərbaycan Televiziyasına açıqlamasındadeyib.

Hikmət Hacıyev bildirib ki, Azərbaycan Respublikası ilk növbədə,inklüziv, ədalətli və tam şəffaf şəkildə nəticəyönümlü danışıqlaravə COP-un gündəliyində duran, COP29-un mahiyyətini təşkil edəniqlim maliyyələşməsi ilə əlaqədar mövzulara yaxından töhfəverəcəyini COP-un Sədrliyini üzərinə götürdüyü andan etibarən açıqşəkildə bəyan edib. Prezident İlham Əliyev bu prosesdə Azərbaycanınmövqeyini və bütövlükdə iqlim diplomatiyası ilə əlaqədar ölkəmizinbaxışını çıxışında açıq şəkildə ifadə etdi. Dövlətimizin başçısınınçıxışı dünya mediası, COP-da iştirak edən çoxsaylı ekspertlər vəxarici ölkələrin nümayəndələri tərəfindən böyük maraq və rəğbətləqarşılanıb.

“Prezident İlham Əliyev tərəfindən digər məsələlərdə olduğukimi, bu məsələdə də beynəlxalq ictimaiyyətlə açıq və səmimi dialoqhəyata keçirildi ki, biz yaşıl transformasiya haqda yalnız ümumisözlərlə danışmaqla iqlim problemini qlobal miqyasda həll etmişolmuruq. Dünyada əsas çirkləndirici faktorlar, ölkələr var. COP-ukeçirən ölkələrə münasibətdə aparılan feyk-nyus və propaqandaxarakterli çirkin kampaniyaları, tendensiyaları kənara qoyaraq,əsas çirkləndirici faktorların miqyası və ölkələrin tutduqları rolbarədə açıq və səmimi danışmaq lazımdır. Ona görə də AzərbaycanPrezidentinin tezisləri aparılan müzakirələrdə ana xətti müəyyənedən istiqamətlərdən biridir və bu, dünyanın mütləq əksəriyyətininfikirləri ilə üst-üstə düşməklə yanaşı, xüsusilə inkişaf etməkdəolan ölkələrin baxışlarını əks etdirir. Bir faktı nəzərə almaqlazımdır ki, Prezidentin tezisləri Paris razılaşmalarınınmahiyyətinə və fəlsəfəsinə tamamilə uyğundur. Paris razılaşmalarıəldə edilən zaman ana konsepsiya o qoyulmuşdu ki, buradadövlətlərin ümumi, lakin fərqləndirici məsuliyyətləri var. Bu odeməkdir ki, sənaye inqilabından başlayaraq, dünyada karbonemissiyalarının artmasında məhz inkişaf etmiş ölkələrin xüsusiməsuliyyəti var. Ona görə də dünyanın bugünkü maliyyə hədəflərininmüəyyən edilməsində və onun müqabilində töhfələrin verilməsindəinkişaf etmiş ölkələrdən böyük gözləntiləri var”, - deyəPrezidentin köməkçisi xüsusi vurğulayıb.

Seçilən
15
16
az.trend.az

10Mənbələr