AZ

Xalq artistlərinə Daşkənddə ev verdilər - VİDEO

Xalq artistləri Gülyaz və Gülyanaq Məmmədova bacılarına Özbəkistanın paytaxtı Daşkənd şəhərindən ev hədiyyə edilib.

Bu barədə aparıcı Zaur Baxşəliyev “Zaurla günaydın” verilişində deyib. O, əvvəl Gülyanağa, sonra isə Gülyaza şəhərdə ev təqdim edildiyini vurğulayıb:

"Daşkənddəki evləriniz mübarəkdir. Əvvəl Gülyanağa, indi isə sizə Daşkənddə ev verdilər. Özbəkistanın "Xalq artist"lərisiniz, verməlidirlər".

G.Məmmədova aprıcının sözlərinə "Siz bunu haradan bilirsiniz? Təəccübləndim" deyə, bildirərək məlumatı təsdiqləyib.

Qeyd edək ki, Gülyaz və Gülyanaq Məmmədovalar həm də Özbəkistanın Xalq artistləridir.

 

Ölkə.az

Seçilən
12
9
hurriyyet.az

9Mənbələr