AZ

''Fənərbaxça'' Rusiya çempionunu məğlub etdi

Yığmaların oyunu ilə bağlı yaranmış fasilədən istifadə edən ''Fənərbaxça'' gücünü yoxlama oyununda sınayıb.

İstanbul nəhəngi dünən doğma ''Ülkər'' stadionunda Rusiya çempionu ''Zenit''lə qarşılaşıb. Yığma üzvlərinin iştirak etmədiyi matçda Joze Mourinyo əsasən rəsmi matçlarda az oynayan futbolçulara şans verib. Fanatların böyük maraq göstərdiyi qarşılaşmada ''Fənər'' 2:1 hesabı ilə qalib gəlib.

Qolları indiyə qədər rəsmi matçlarda fərqlənməyən futbolçular vurub. 20-ci dəqiqədə Cenk Tosunun baxımlı qoluna qonaqların heyətində 35-ci dəqiqədə Aleksandr Yeroxin cavab verib. Yekun nəticəni isə 63-cu dəqiqədə fərqlənən Levent Mercan müəyyənləşdirib. Hər iki qolda Duşan Tadiç aktivinə məhsuldar ötürmə yazıb.

Xatırladaq ki, serbiyalı ulduz yığma karyerasını artıq başa vurub. Oyunun sonlarına yaxın tribunadan ''rəhbərlik istefa'' sədalarının eşidilməsi də diqqət çəkib. Bəzi fanatlar bu təzahürata qoşularaq dəstək veriblərsə, bəziləri buna etiraz edərək fitə basıblar.

ƏLİ

Seçilən
24
football-plus.az

1Mənbələr