ADX-in görünüşü MDX və RDX kimi köhnə Acura modellərini xatırladır. Krossover bucaqlı radiator barmaqlığı və elektrik ZDX konseptində istifadə olunan xarakterik “imza”ya malik xüsusi LED optika alıb.
Krossover ölçüləri: 4719/1842/1621 mm, təkər bazası 2654 mm.-dir. Versiyadan asılı olaraq krossover 18 və ya 19 düym diametrli təkərlərlə təchiz olunub.
İçəridə 9 düymlük multimedia sistemi ekranı, 10,2 düymlük idarə paneli və simsiz enerji doldurma var. Əlavə ödəniş müqabilində siz 15 dinamikli Bang&Olufsen audio sistemi quraşdıra bilərsiniz.
Acura ADX 1,5 litrlik turbo mühərriklə təchiz edilib, lakin onun gücü hələ də məlum deyil. Bəzi məlumatlara görə, o, 203 at gücünə və 260 Nm fırlanma anına malikdir. Mühərrik standart versiyada gücü ön təkərlərə ötürən variatorla birləşdirilib. Flaqman konfiqurasiyası tam ötürücülü olacaq.
Nazlı Almuradova