AZ

COP29 çərçivəsində Türk Dövlətləri Təşkilatı ölkələri meteorologiya sahəsində əməkdaşlığı müzakirə edəcək

Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 29-cu Tərəflər Konfransı (COP29) çərçivəsində Türk Dövlətləri Təşkilatı (TDT) ölkələri arasında meteorologiya sahəsində əməkdaşlıq yolları müzakirə olunacaq.

Trend xəbər verir ki, Türkiyənin Baş Meteorologiya İdarəsi "Türk Dövlətləri Təşkilatı ölkələrində inteqrasiya olunmuş erkən hava xəbərdarlığı sistemi" mövzusunda panel müzakirəsi təşkil edəcək. Tədbir noyabrın 19-da Türkiyə pavilyonunda "Qida, kənd təsərrüfatı və su" tematik günü çərçivəsində baş tutacaq.

Müzakirələrdə Türk dövlətləri arasında meteorologiya sahəsində əməkdaşlıq imkanları və iqlim dəyişikliklərinə uyğunlaşma istiqamətində birgə təşəbbüslər nəzərdən keçiriləcək. Tədbirə Türkiyənin Fövqəladə Halların Nəticələrinin Aradan Qaldırılması İdarəsinin (AFAD) sədr müavini Həmzə Taşdelen moderatorluq edəcək.

Panel müzakirələri, erkən xəbərdarlıq sistemlərinin inteqrasiyası və regional əməkdaşlığın gücləndirilməsi ilə bağlı vacib məsələlərin həllinə töhfə verəcək.

Seçilən
10
2
day.az

3Mənbələr