AZ

Media: Tramp inauqurasiyadan əvvəl xarici ölkə liderləri ilə görüşməyəcək

ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp rəsmi səlahiyyətlərinin icrasına başlamazdan əvvəl xarici ölkələrin liderləri və yüksək səviyyəli nümayəndələri ilə görüşməyəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Yaponiyanın “Kyodo” agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, Trampın komandası Yaponiya tərəfinə ABŞ-ın yeni seçilmiş prezidentinin rəsmi andiçmə mərasiminə qədər xarici yüksək səviyyəli nümayəndələrlə şəxsi görüşlər keçirməmək qərarına gəldiyini bildirib.

“Kyodo” onu da vurğulayıb ki, bununla bağlı Yaponiyanın yeni Baş naziri Şiqeru İşiba ilə Donald Tramp arasında ilin sonuna qədər görüş baş tutmayacaq.

Qeyd edək ki, Trampın andiçmə mərasimi 2025-ci il yanvarın 20-də keçiriləcək.

Seçilən
13
5
yeniazerbaycan.com

10Mənbələr