AZ

17 yaşlı gəlin bakirə çıxmadığı üçün ÖLDÜRÜLDÜ

Ucarda qəsdən adam öldürməkdə təqsirli bilinən 1985-ci il təvəllüdlü Sadiq Səlimovun (cinayət işində adı keçən şəxslərin ad və soyadları şərti verilib – red.) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Viral.az xəbər verir ki, Sadiq Səlimov 17 mart 2016-cı il tarixdə Sevda Bünyadova ilə toy edərək evlənib. Əvvəllər məhkumluq həyatı yaşayan Ramil Nəsirov qeyri-rəsmi nikaha girdiyi Sevdanı özünün yaşadığı Ucar şəhəri, Heydər Əliyev prospekti, ev 28 ünvanında yerləşən evinə gətirib. Toy gecəsi bakirə çıxmayan 1999-cu il təvəllüdlü Sevdanı bıçaqlayaraq öldürüb.

“Biri-birimizi bəyəndik”

Son Yazılar:

İstintaq orqanı tərəfindən Sadiq Səlimovun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində dindirilən Sadiq Səlimov özünü ona verilmiş ittiham üzrə təqsirli bilib. O, ifadəsində göstərib ki, əvvəllər oğurluq əməlinə görə məhkum olunub və cəzasını 2015-ci ilin may ayında başa vuraraq azadlığa çıxıb: “2016-cı ilin əvvəlində bacım Gözəl vasitəsilə Çöyçay rayonunda yaşayan Sevda Rəhimova ilə tanış oldum. Sevda ilə biri-birimizi bəyəndik, evlənmək qərarına gəldik. Odur ki, qohumlarım el adəti ilə Sevdagilə elçi getdi, biz nişanlandıq”.

“Mənə qoşularaq qaçdı”

Sadiq Səlimovun sözlərinə görə, Sevda ona özü barədə məlumat verib: “O, əvvəllər Rusiyada yaşadığını, heç bir kişi ilə intim münasibətdə olmadığını bildirmişdi. Maddi imkanım zəif olduğundan Sevda könüllü olaraq 25 fevral 2016-cı il tarixdə mənə qoşularaq ata evindən qaçdı. Onunla dayım oğlu İlqarın Göyçay şəhərindəki evlərinə gəldik. Sonra bu barədə öz anam Gülnaza bildirdim. Anam da bizi götürərək Ucar şəhərinə gətirdi. Daha sonra oraya Sevdanın atası və digər qohumları gəldi. Sevda da mənimlə könüllü olaraq qaçdığını bildirdi”.

“Bakirə olmadığını anladım”

Sadiq Səlimov bildirib ki, onlar toylarını 17 mart 2016-cı il tarixə qərarlaşdırıb: “Həmin günə kimi Sevda bacım Aytənin Ucar şəhərindəki evində qalıb. Martın 17-də Sevda ilə Ucar şəhərində toyumuz oldu. Toydan sonra Sevdanı yaşadığım Ucar şəhərindəki evimizə gətirdim. Həmin gecə cinsi əlaqədə olarkən Sevdanın bakirə olmadığını anladım. Sevdadan bu barədə soruşdum. O, əvvəlcə müxtəlif bəhanələr gətirdi, gah uşaq vaxtı yıxıldıqda, gah xatırlamadığı şəraitdə bunun baş verdiyini söylədi. Bunu vaxtında mənə bildirmədiyi üçün onu bağışlamağımı xahiş etdi. Sevdanın məni aldatdığından, yəni arvadım olacağını bilərək, əvvəllər başqa kişi ilə əlaqədə olmasını məndən gizlətməsini özümə xəyanət kimi qiymətləndirdim”.

“Bakirəliyinin pozulması ilə bağlı sorğu-sual etdim” 

Sadiq Səlimov qeyd edib ki, həm də özünü rüsvay olmuş kimi hesab edib: “Bunlardan əsəbiləşərək Sevdanı öldürmək qərarına gəldim. Bu məqsədlə yataq otağından mətbəxə gedərək oradakı masa üzərində olan bıçağı götürdüm. Bıçağı kəmərimin bel hissəsinə keçirdim və Sevda olan otağa qayıtdım. Sevdanın bakirəliyinin pozulması ilə bağlı sorğu-sual etdim. Bunu mənə əvvəlcədən bildirmədiyini irad tutdum. Sevda ağlamağa başladıqda isə daha da əsəbiləşdim. Belimdən bıçağı çıxararaq Sevdanın boyun nahiyəsinə zərbə endirdim. Bu zaman Sevda əllərini qarşıya verdi və özünü qorumaq istədi. Bıçaq onun qoluna dəydi. Sevda qışqırdı, iməkləyərək məndən aralandı. Bu zaman Sevdaya daha bir neçə bıçaq zərbəsi vurdum. Sevdanın kürəyinə 2 zərbə vurduğumu xatırlayıram”. 

 

Sadiq Səlimov bildirib ki, sonra Sevda halsız vəziyyətdə yerə yıxılıb, bıçaq onun kürəyinə sancılmış vəziyyətdə qalıb: “Bunu gördükdən sonra otağı tərk etdim və evdən çıxdım. Bu zaman həyətdə olan xalam oğlu Elşad məndən nə baş verdiyini soruşdu. Mən isə heç nə demədim. Polisə təslim olmaq üçün yola çıxdım ki, bir avtomaşın saxladaraq şöbəyə gedim. Lakin əl etdiyim bir-neçə avtomobil saxlamadığı üçün dostum İsmayılın evinə getdim. Ona Sevdanı bıçaqla vurduğumu dedim. Təslim olmaq üçün məni polis şöbəsinə aparmağı xahiş etdim. İsmayıl da məni özünə məxsus avtomaşında Ucar rayon polis şöbəsinə gətirdi. Orada törətdiyim əməl barədə polis əməkdaşına məlumat verdim”.

“Səbinəni internat evində tapdım”

Zərərçəkmiş şəxsin hüququ varisi Səlim Babayev deyib ki, Rusiya Federasiyasının Astarxan şəhərində yaşadığı zamanı Vera Pisareva adlı qadınla qeyri-rəsmi nikahından 1999-cu ildə Sevda adlı qızı doğulub: “2002-ci ildə Vera Pisareva məni qızım Sevda ilə ataraq getdi. 2009-cu ildə Rusiyadan deportasiya olunduğum üçün qızımı anası Natalya Pisarevanın yanına qoydum. Özüm isə Göyçay rayonuna gəldim”.

Səlim Babayev qeyd edib ki, 2014-cü ildə Astarxan şəhərindəki azərbaycanlılardan qızı Sevdanı yetim uşaqlar üçün internat məktəbinə yerləşdirildiyini eşidib: “Odur ki, 2015-ci ilin may ayında Astarxan şəhərinə gedərək Sevdanı həmin internat evində tapdım. Atalıq hüququmu rəsmi qaydada müəyyənləşdirdikdən sonra iyun ayında onu Göyçay rayonunun Yenikənd kəndinə gətirdim. Həmin vaxtdan Sevda ata və anam ilə birgə yaşadığım evdə yaşayıb”.

“Qızım Sadiqə qoşularaq evdən qaçdı”

Zərərçəkmişin hüquqi varisinin sözlərinə görə, 2016-cı ilin fevral ayında qohumları Gülbəs onlara elçiliyə gəliblər: “Sevdanın hələ 17 yaşı tamam olmadığı üçün buna razılıq vermək istəmədim. Lakin Sevda sonradan Sadiqi bəyəndiyini bildirdiyi üçün onların nişanına razılaşdım. Qohumlar arasındakı razılığa görə Sadiqlə Sevda axırıncının 17 yaşı tamam olduqdan sonra, yəni 2016-cı ilın oktyabr ayında evlənməli idi. Lakin 25 fevral 2016-cı ildə evdə olmayan zaman Sevda könüllü olaraq Sadiqə qoşularaq evdən qaçdı”.

Səlim Babayev deyib ki, sonra Sadiqin anası Gülnaz ona 17 mart 2016-cı ildə toy edəcəklərini bildirib və onu toya dəvət edib: “Lakin toyda iştirak etməyəcəyimi dedim. Qeyd olunan tarixdə Ucar şəhərində qızım Sevda ilə Sadiqin toyu olub. Həmin toyda valideynlərim iştirak ediblər və evə gələndə toy mərasimindən razılıq etdilər”.

“Məni xəstəxanaya çağırdı”

Hüquqi varis daha sonra ifadəsində qeyd edib: “Martın 18-nə keçən gecə, saat təxminən 00:30-da mənə gizli nömrədən zəng edən tanımadığım bir qadın bildirdi ki, qızım Sevda öldürülüb. Öz bacım Günelə zəng etdim. Baş verənləri bacımdan soruşdum. Bacım Sadiqin Sevdanı bıçaqladığını bildirdi, məni xəstəxanaya çağırdı. Xəstəxanaya gəldikdə Sevdanın öldüyünü və meyitinin morqda olduğunu bildim. Sonra mənə bildirdilər ki, Sadiq Sevdanı bıçaqladıqdan sonra polisə təslim olub, Sevdanın bəkarəti əvvəlcədən pozulmuş olduğu üçün öldürdüyünü bildirib”.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmüm ilə Sadiq Səlimiv 14 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Sadiq Səlimov apelyasiya şikayəti verib. O, barəsində ağır cəza təyin edildiyini, cəzanın yüngülləşdirilməsini istəyib.

Sadiq Səlimovun apelyasiya şikayəti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Apelyasiya şikayətini araşdıran hakim heyəti sonda qərar elan edib. Qərara görə, Sadiq Səlimovun apelyasiya şikayəti qismən təmin edilib və onun cəzası 13 ilə endirilib.

Bundan sonra Sadiq Səlimov kasasiya şikayəti verib. Onun kasasiya şikayəti araşdırılması üçün Ali Məhkəməyə göndərilib. Hakim Fərhad Kərimovun sədrlik etdiyi kollegiyada kasasiya şikayətinin dəlilləri araşdırılıb.

Bu günlərdə açıqlanan qərara görə, Sadiq Səlimovun cəzası yenidən yüngülləşdirilib. Onun cəzası 10 il 6 aya endirilib (big.az).

Seçilən
8
5
viral.az

6Mənbələr