Bıçaq yaraları alan 1997-ci il təvəllüdlü Xəlilzadə Ceyhun Əşrəf oğlu xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. O, tibb müəssisəsinin qarşısında ölüb.
Ajans.az-ın əldə etdiyi məlumata görə, Ceyhun Xəlilzadə MMA döyüşçüsü olub. O, bir neçə yerli və beynəlxalq turnirlərdə işitirak edib.
Qeyd edək ki, hadisə bir neçə gün əvvəl baş verib. Həmçinin sosial şəbəkələrdə də bu barədə məlumatlar paylaşılıb. İnsanlar mərhumun yas mərasimindən görüntülər paylaşıb, başsağlığı verib.
Hadisənin təfərrütlarını əks etdirən görüntülər də redaksiyamıza daxil olub. Ən qısa zamanda daha ətaflı məlumat veriləcək.