Yaponiyanın Kaqosima prefekturasının Yakusima adasının sahillərində 6,2 bal gücündə zəlzələ baş verib.
“İki sahil” xəbər verir ki, ABŞ Geoloji Xidməti (USGS) zəlzələnin episentrinin Yakuşima adasından 151 kilometr cənub-şərqdə olduğunu açıqlayıb.
Dərinliyi 10 kilometr olaraq qeydə alınan 6,2 bal gücündə zəlzələdə insan və mal tələfatı qeydə alınmayıb.
Zəlzələdən sonra sunami xəbərdarlığı olmayıb.
Məhərrəm Ağalaroğlu, “İki sahil”