UEFA Millətlər Liqasının V turunun ən yaxşı qolu bəlli olub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.
Portuqaliya millisinin ulduzu Kriştiano Ronaldonun Polşaya qarşı (5:1) oyunda vurduğu baxımlı qol ən yaxşı seçilib.
Ronaldo həmin matçada dubl edərək ümumi qol sayını 910-a çatdırıb.
Həmin qolu təqdim edirik:
Qeyd edək ki, forvard tarixdə rəsmi oyunlarda 910 qol vuran ilk futbolçudur. Ronaldo “Sportinq”də 5, “Mançester Yunayted”də 145, “Real”da 450, “Yuventus”da 101, “Əl Nəsr”də 75, millidə isə 134 qol vurub.