AZ

Argentina G20 sammitinin kommünikesini bloklamaqla hədələyir

Argentina hökuməti Braziliyada keçiriləcək G20 sammitinin birgə yekun kommünikesini bloklamaqla hədələyib.

Bu barədə Financial Times (FT) yazır.

“Buenos-Ayresin etirazları ən varlı vətəndaşların vergiyə cəlb edilməsi və gender bərabərliyi məsələlərinə aiddir”, – nəşr yazır.

Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin xüsusi təyinatlı səfiri Marat Berdıyev Braziliyada keçiriləcək G20 sammitinin gündəliyini “Ukraynalaşdırmaq” cəhdlərini qeyd edib və geosiyasi müzakirələrin nəticələrindən sonra Rusiyanın maraqlarının təmin ediləcəyini vurğulayıb.

Braziliyanın birinci xanımı Rosangela da Silva Rio-de-Janeyroda keçirilən G20 sammiti ərəfəsində keçirilən tədbirdə amerikalı iş adamı İlon Maskı təhqir edib.

DOĞRU.AZ

Seçilən
18
dogru.az

1Mənbələr