AZ

Paşinyan güc strukturlarının rəhbərlərini istefaya göndərdi: erməni mediası siyahı yaydı

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin güc strukturlarında genişmiqyaslı kadr dəyişiklikləri həyata keçirib.

Musavat.com “Hraparak” qəzetinə istinadla məlumat verir ki, Paşinyan Daxili İşlər naziri Vahe Kazaryanı, İstintaq Komitəsinin sədri Argişti Karamyanı və Dövlət Gəlirləri Komitəsinin (DGK) sədri Rustam Badasyanı vəzifələrindən azad edib.

Bundan əlavə, Ermənistan mətbuatı ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyanın da istefaya göndəriləcəyini bildirir. Lakin bu məlumatlar hələlik rəsmi təsdiqini tapmayıb.

Bu kadr dəyişiklikləri Ermənistanın daxili siyasətində ciddi hadisə kimi qiymətləndirilir və ölkənin güc strukturlarında ciddi yenilənmənin baş verdiyini göstərir. Son dövrlərdə Ermənistanın daxili idarəetməsində müşahidə olunan böhran və etirazlar fonunda bu addımların atılması diqqət çəkir.

Analitiklər hesab edirlər ki, Paşinyanın bu kadr dəyişiklikləri ölkədəki idarəetmə böhranını aradan qaldırmaq və hökumətə olan etimadı bərpa etmək məqsədi daşıyır. Lakin bu addımların nə dərəcədə effektiv olacağı və ölkədəki siyasi gərginliyi azaldacağı hələlik məlum deyil.

 

Musavat.com

60117f71-1284-444d-ae41-caa78a765cf1.jpg

Seçilən
15
musavat.com

1Mənbələr