AZ

Fransa polisi sərxoş şəxsi güllələdi

Fransanın Val-de-Marn departamentində polis sərxoş şəxsi güllələyib.

Axar.az Azərtac-a istinadən xəbər verir ki, sərxoş şəxs xidmət aparan polis əməkdaşlarına oyuncaq silah tuşlayıb və onları təhdid edib.

Fransa Polisinin Baş Müfəttişliyi bildirir ki, polis nəfəri aqressiv şəxsə 3 dəfə atəş açsa da, onlardan yalnız biri hədəfə dəyib. Yaralı xəstəxanaya çatdırılsa da, həkimlərin səyi nəticə verməyib.

Fransa Polisinin Baş Müfəttişliyinin statistikasına görə, 2022-ci ildə polis əməkdaşları 38 nəfərin ölümünə səbəb olub. Bu şəxslərin 22-ci birbaşa odlu silahla öldürülüb.

Seçilən
10
6
axar.az

8Mənbələr