Ermənistan Ali Məhkəmə Şurasının sədri Karen Andreasyan istefa verib.
Bizim.Media erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə o, sosial şəbəkələrdə yazıb.
“Qalmaqal olmadan ayrılıram. Bu zəhərli vəzifədə uzun müddət işləmişəm. Ölkəmizdə ədalətli məhkəmə günü konsepsiyasına ürəkdən inanıram. Bununla bağlı müxtəlif statuslarda dəstək verməyə hazıram” deyə o, qeyd edib.
Xatırladaq ki, Ermənistanda yüksək vəzifə tutan 5 nəfər isə dünən istefa ərizəsi yazıb. Hələlik rəsmi İrəvan deyilənləri nə təsdiq, nə də təkzib edib.
Bizim.Media