Ermənistan Ali Məhkəmə Şurasının sədri Karen Andreasyan da istefa verib.
Publika.az bu barədə Ermənistan mətbuatına istinadən xəbər verir.
Andreasyan itefası haqda sosial şəbəkədə yazıb. Ölkə mətbuatının dərc etdiyi paylaşımı təqdim edirik:
“Mən Ali Məhkəmə-Hüquq Şurasının üzvü vəzifəsindən istefa verirəm. Səbəblərdən danışmaq istəmirəm. Nə desəm də, min cür yalan fərziyyə irəli sürüləcək. Artıq bu təcrübəm var. Mən məhkəmə sistemini biabırçı böhrandan çıxarmışam. Sistemdəki insanlar bunu dəqiq bilirlər və yəqin ki, etiraf edəcəklər.
Bu çox çətin, lakin mühüm vəzifədə göstərdikləri dəstəyə və etimada görə baş nazirin rəhbərlik etdiyi qanunvericilik və icra hakimiyyəti orqanlarına, Ali Məhkəmə Şurasının keçmiş və indiki üzvlərinə minnətdarlığımı bildirirəm.