AZ

Rusiyanın vurduğu şəhər işıqsız qalıb

Rusiyanın

Bu gecə Rusiya ordusu Ukraynanın Sumı şəhərinə ikinci raket hücumu həyata keçirib.

Reyting.az
xəbər verir ki, Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığı şəhər istiqamətində raketin uçduğunu və partlayış səslərinin eşidildiyini bildirib.

Sumi Regional Hərbi İdarəsi kritik infrastrukturun hücuma məruz qaldığını yazır:

“Sumi şəhərinin kritik infrastrukturuna raket hücumu (ehtimal ki, ballistik raketdir) həyata keçirilib. İndi şəhərdə işıq yoxdur. Təcili yardım xidmətləri işləyir. Hücumun nəticələri araşdırılır”.

Qeyd edək ki, dünənki hücumda ikisi uşaq olmaqla, 10 nəfər həyatını itirib, daha beş uşaq və 46 böyük yaralanıb.

Noyabrın 18-19-u Sumıda şəhərə hücum nəticəsində həlak olanlar üçün matəm günləri elan edilib.

ELÇİN
Seçilən
10
reyting.az

1Mənbələr