AZ

Qırğızıstan yaxın aylarda ilk İkiillik Şəffaflıq Hesabatını təqdim edəcək - Edil Baysalov

Bakı. Trend:

Qırğızıstan yaxın aylarda beynəlxalq standartlara və kollektivməqsədlərə uyğun ilk İkiillik Şəffaflıq Hesabatını təqdimedəcək.

Trend xəbər verir ki, bubarədə Qırğızıstanın baş nazirinin müavini Edil Baysalov "Qlobaliqlim şəffaflığı üzrə nazirlərin dəyirmi masası"nda bildirib.

Onun sözlərinə görə, Qırğızıstan 1990-cı ildən bəri istixanaqazı emissiyalarını 40 faiz azaltmasına və qlobal emissiyalardacəmi 0,03 faiz paya sahib olmasına baxmayaraq, iqlim şəffaflığı vətədbirləri sahəsində fəal işləməyə davam edir.

"Dağlıq bir ölkə olaraq, Qırğızıstan iqlim dəyişikliyisəbəbindən bu il baş verən dağıdıcı fəlakətlər də daxil olmaqla,unikal çətinliklərlə üzləşir. Dağlıq ölkələrin səsləriningücləndirilməsi və yardımların təşviqi məqsədilə Dağ İqlimiTəşəbbüsü başladılıb. Bu təşəbbüs uyğunlaşma və dayanıqlıqsahəsində qlobal əməkdaşlığa töhfə verir", - deyə o vurğulayıb.

E.Baysalov qeyd edib ki, ölkə həssas dövlətlər üçün iqlimmaliyyələşdirilməsinin artırılmasının təxirəsalınmaz zəruriliyinivurğulayır və ədalətli həllərin, o cümlədən, tarixi öhdəliklərinnəzərə alınmasını tələb edir.

"Şəffaflıq və həmrəylik vasitəsilə biz çətinlikləri imkanlaraçevirə və dayanıqlı gələcəyi təmin edə bilərik", - deyə baş nazirinmüavini əlavə edib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrəÇərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının(COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Seçilən
13
az.trend.az

1Mənbələr