AZ

ABŞ-ın Rusiyaya zərbə endirmək qərarı münaqişəyə necə təsir edəcək?

ABŞ-ın Rusiyaya zərbə endirmək qərarı münaqişəyə necə təsir edəcək?

ABŞ prezidenti Co Baydenin Amerikanın ATACMS raketləri ilə Rusiya ərazisinin dərinliklərinə endirmək qərarı Ukraynadakı münaqişənin gedişatına ciddi təsir etməyəcək. AFN.az xəbər verir ki, bu barədə ABŞ və Qərb ölkələrinin rəsmilərinə istinadən "The Wall Street Journal" məlumat yayıb.Onların fikrincə, Rusiyanın hərbi texnikasının böyük hissəsini köçürə biləcəyini nəzərə alsaq, belə bir qərarın münaqişənin gedişatını əhəmiyyətli dərəcədə dəyişməsi mümkün deyil.Qeyd edək ki, ABŞ prezidenti Co Bayden Ukrayna ərazisindən Rusiya Federasiyasının dərinliklərinə ATACMS taktiki ballistik raketləri ilə zərbələr endirməyə icazə verib. Fransa və Böyük Britaniya da SCALP və Storm Shadow taktiki raketləri ilə hücumlara icazə verib. Vaşinqton, Paris və Londondan hələlik bu məlumatın rəsmi təsdiqi yoxdur.

Seçilən
14
afn.az

1Mənbələr