Ermənistanda daha bir vəzifəli şəxs istefa verdi
Ermənistan İstintaq Komitəsinin sədri Argişti Kyaramyan istefa ərizəsi yazıb.
Bakupost.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat dərc edib.
"İstintaq Komitəsi hələlik bu məlumatı təkzib və ya təsdiqləməyib, lakin yaxın vaxtlarda rəsmi məlumat yayacaqlarını qeyd edib", - məlumatda qeyd olunub.
Qeyd edək ki, bundan əvvəl KİV Ermənistanın ərazi idarəetmə və infrastrukturlar naziri Qnel Sanosyan və Dövlət Gəlirləri Komitəsinin sədri Rüstəm Badasyan da istefa verdiyini yazıb