AZ

Paşinyan bir sıra yüksək rütbəli məmurların vəzifələrindən gedəcəyini TƏSDİQLƏDİ

Paşinyan bir sıra yüksək rütbəli məmurların vəzifələrindən gedəcəyini təsdiqləyib.

İnterpress.az xəbər verir ki, bu barədə  Ermənistanın baş naziri Nikol Paşinyan konkret ad çəkmədən Facebook-da yazıb.

“Hörmətli həmvətənlər, mətbuatda və sosial şəbəkələrdə gedən kütləvi müzakirələri nəzərə alaraq bildirməyi zəruri hesab edirəm ki, mən bir sıra yüksək vəzifəli şəxslərin vəzifələrindən uzaqlaşdırılmasını şəxsi deyil, sistemli xahiş etmişəm, hansı ki, mən açıq şəkildə danışmışdım”, – Paşinyan qeyd edib.

O, əlavə edib ki, bu həmkarlarının Ermənistan dövlətçiliyinin inkişafında xidmətlərini inkar edə bilməz və töhfələrinə və xahişini qəbul etdiklərinə görə hər kəsə təşəkkür edir.

Bazar günü axşam saatlarında mətbuatda çıxan məlumata görə, Daxili İşlər Nazirliyinin rəhbəri Vahe Qazaryan, ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan, Dövlət Gəlirləri Komitəsinin sədri Rustam Badasyan, İstintaq Komitəsinin rəhbəri Argişti Kyaramyan, Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin rəhbəri Sasun Xaçateyan vəzifələrindən uzaqlaşdırılacaqlar.

Bazar ertəsi səhər Sasun Xaçatryanın istefası artıq təsdiqlənib. Ali Məhkəmə Şurasının sədri Karen Andreasyan da istefa verdiyini açıqlayıb.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
17
interpress.az

1Mənbələr