AZ

UEFA Millətlər Liqasında daha 5 qrupda son oyunlar keçiriləcək

Bu gün futbol üzrə UEFA Millətlər Liqasında 2024/2025-ci illər mövsümünün qrup mərhələsində 6-cı turun növbəti oyunları keçiriləcək.

Arena.az xəbər verir ki, sonuncu turun ikinci oyun günündə A, C və D Liqaları çərçivəsində 9 oyun təşkil ediləcək.

A Liqasının 1-ci qrupunda Xorvatiya yığması Portuqaliya ilə üz-üzə gələcək. Polşa yığması isə Şotlandiya ilə üz-üzə gələcək.

4-cü qrupda sonuncu Avropa çempionu olan İspaniya millisi İsveçrəni qəbul edəcək. Qrupun digər oyununda Serbiya Danimarkanı sınağa çəkəcək.

Qeyd edək ki, UEFA Millətlər Liqasında qrup mərhələsinin 6-cı turuna noyabrın 19-da yekun vurulacaq. Azərbaycan millisi də qrup mərhələsinin sonuncu günündə İsveç yığmasının qonağı olacaq.

UEFA Millətlər Liqası
Qrup mərhələsi, 6-cı tur
18 noyabr

A Liqası, 1-ci qrup

23:45. Xorvatiya – Portuqaliya
23:45. Polşa – Şotlandiya

Xallar: Portuqaliya – 13. Xorvatiya – 7. Şotlandiya – 4. Polşa – 4.

A Liqası, 4-cü qrup

23:45. İspaniya – İsveçrə
23:45. Serbiya – Danimarka

Xallar: İspaniya – 13. Danimarka – 7. Serbiya – 5. İsveçrə – 2.

C Liqası, 2-ci qrup

23:45. Kosovo – Litva
23:45. Rumıniya – Kipr

Xallar: Rumıniya – 12. Kosovo – 9. Kipr – 6. Litva – 0.

C Liqası, 3-cü qrup

23:45. Bolqarıstan – Belarus
23:45. Lüksemburq – Şimali İrlandiya

Xallar: Şimali İrlandiya – 10. Bolqarıstan – 8. Belarus – 6. Lüksemburq – 2.

D Liqası, 1-ci qrup

23:45. Lixtenşteyn – San Marino

Xallar: Cəbəllütariq – 6. San Marino – 4. Lixtenşteyn – 2.

Seçilən
15
31
arena.az

10Mənbələr