2025-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İşsizlikdən Sığorta Fondunun (DSMF) gəlirlərinin 260,7 milyon manat təşkil edəcəyi gözlənilir.
Bu, Fondun 2025-ci il büdcəsi haqqında qanun layihəsində öz əksini tapıb.
Sənədə əsasən, bu, 2024-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 9,5 % çoxdur.
İSF-nin gəlirlərinin 206,4 milyon manatı onun büdcə gəlirləri (11,7 % çox), 54,3 milyon manatı isə Fondun 2025-ci il yanvarın 1-nə yaradılacaq ehtiyatı (2 % çox) hesabına formalaşdırılmalıdır.