AZ

RƏSMİ MOSKVA BAYDENİN RUSİYAYA QARŞI SON HƏDƏSİNƏ SUSMADI VƏ...

Rəsmi Kreml Amerika mətbuatında Ukrayna Silahlı Qüvvələrinin Rusiya ərazisinə uzaqmənzilli raket zərbələri endirməsinə icazə verməsi ilə bağlı məlumatları şərh edib.

Tezadlar.az "Ria Novosti"yə istinadla xatırladır ki, Rusiya Prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov Kremlin məlum məlumatlarla tanış olduğunu deyib. Peskov deyib ki, Kreml indiyədək hələlik ancaq Qərb mediasında ABŞ-nin Rusiyanın dərinliklərinə uzaqmənzilli raket zərbələri endirməsinə icazə verməsi ilə bağlı nəşrləri görüb. Rusiya o mövedən çıxış edir ki, ATACMS raketləri ilə Rusiya Federasiyasının dərinliklərinə hücum etmək qərarı keyfiyyətcə yeni gərginlik mərhələsi deməkdir. Sitat: “Əgər belə bir qərar həqiqətən verilibsə və Kiyev rejiminə çatdırılıbsa, əlbəttə ki, bu, keyfiyyətcə yeni gərginlik mərhələsidir və ABŞ-nin bu münaqişədə iştirakı baxımından keyfiyyətcə yeni vəziyyətdir”.

Bu arada Qərb və Ukrayna mediasının yazdığına görə, Zelenskinin komandası Rusiyanın dərinliklərini havadan uzaqmənzilli raketlərlə vurmaq yollarını müəyyənləşdirir. Tezliklə nə baş verəcəyi məlum olacaq.

A.Məmmədli

Seçilən
7
44
tezadlar.az

10Mənbələr