AZ

COP29-da Paris Sazişinin 6.8-cı maddəsində istinad olunan qeyri-bazar yanaşmaları çərçivəsində iş proqramına dair qərar qəbul edilib

Bakı. Trend:

Noyabrın 18-də COP29 çərçivəsində Tərəflər Paris Sazişinin 6-cımaddəsinin 8-ci paraqrafında istinad olunan qeyri-bazar yanaşmalarıçərçivəsində iş proqramına dair qərar qəbul ediblər.

Trend xəbər verir ki, 6.8-cimaddə qeyd olunan yanaşmalar vasitəsilə Tərəflərə milli iqlimplanlarını, o cümlədən, mitiqasiya və adaptasiya üzrə planlarınhəyata keçirilməsi və davamlı inkişafın təşviqi imkanı yaradır.

COP29 Sədrliyi Paris Sazişinin 6-cı maddəsinin tam şəkildə işləkvəziyyətə gətirilməsini əsas prioritetlərindən biri kimi müəyyənedib. Bu maddə ölkələrin iqlim hədəflərinə çatmaq üçün əməkdaşlıqzamanı etibarlı və şəffaf karbon bazarlarının təmin edilməsininəzərdə tutur.

Həmin maddəyə uyğun bazarlar inkişaf etməkdə olan ölkələrə dahaçox investisiya yönəltmək üçün önəmli vasitədir. 6-cı maddənin tamşəkildə tətbiqi ölkələrin Milli Səviyyədə Müəyyən EdilmişTöhfələrin həyata keçirilməsi üçün sərf etdikləri vəsaiti ildətəxminən 250 milyard ABŞ dolları azalda bilər.

Xatırladaq ki, COP29-un ilk günündə - noyabrın 11-də ParisSazişinin 6.4-cü maddəsinə uyğun olaraq, Tərəflər karbonkreditlərinin yaradılması üzrə standartlar barədə razılığagəliblər. Bu, beynəlxalq karbon bazarının BMT-nin nəzarəti altındafəaliyyət göstərməsini təmin edəcək. Sözügedən standartlarbeynəlxalq karbon bazarının yüksək etibarlılığına və emissiyalarınazaldılmasına imkan verəcək.

Məqalədə:
Seçilən
10
36
az.trend.az

10Mənbələr