AZ

Politoloq: Borrel erməni diasporunun əsirinə çevrilib...

Azərbaycan Prezidenti İlham Əliyevin Bakıda keçirilən COP29-un Zirvə Toplantısında Fransa və Niderlanda qarşı göstərdiyi reaksiya Brüsseldə əks-səda verib...

Zeynal Əmrəliyev: “Heç bir ölkə də bu dövlətlərin səsinə səs vermirdi. Bu gün Azərbaycan müxalif platformalarda həmin dövlətlərə dəstək verirdilər”.

Avropa İttifaqı Komissiyasının təhlükəsizlik və xarici siyasət məsələləri üzrə ali nümayəndəsi Cozef Borrellin verdiyi açıqlama bir daha onun şəxsiyyətinin göstəricisidir”.

Bu sözləri politoloq Zeynal Əmrəliyev Cozef Borrell isə “Fransa və Niderlandın yanındayıq” tərzində açıqlama verməsini Poliqon-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyevin Bakıda keçirilən COP29-un Zirvə Toplantısında Fransa və Niderlanda qarşı göstərdiyi reaksiya Brüsseldə əks-səda verib. İlham Əliyev kiçik ada dövlətlərinin yerləşdiyi ərazilərdə həyata keçirilən nüvə sınaqları və müxtəlif tədbirlərlə əlaqədar ətraf mühitin çirklənməsinə görə hər iki ölkənin məsuliyyət daşıdığını bildirib. Avropa İttifaqı Komissiyasının təhlükəsizlik və xarici siyasət məsələləri üzrə ali nümayəndəsi Cozef Borrell isə “Fransa və Niderlandın yanındayıq” tərzində açıqlama verib.

Bəs, Aİ-nin bu yanaşması nədən xəbər verir və Sakit okean adalarında nüvə sınağı keçirən Fransanın bu şəkildə müdafiə olunması Avropadakı mənəvi dəyərlərin deqradasiyasından xəbər vermirmi?

Mövzunu Poliqon-un Poliqon-un politoloq Zeynal Əmrəliyev ilə müzakirə edib.

Zeynal Əmrəliyev: “Çox təəssüflər olsun ki, Avropa Birliyində, Avropa Birliyi Assambleyasında və Avropanın digər qurumlarında bu şəkildə erməni diasporunun əsirinə çevrilmiş Borrell kimi şəxslər məsul vəzifədə əyləşiblər”.

Cozef Borrell kimi öz işini bacarmayan, tamamilə qərəzli mövqe sərgiləyən diplomatların, ali vəzifə şəxslərin sayəsində bu gün Avropa Birliyinin çökdüyünə nəzər salan politoloq Poliqon-a açıqlamasında qeyd edib ki, belə mövqe Avropa Birliyinin özünə ziyandır:

“Fransa əvvəlki müstəmləkələrindən əl çəkmək istəmir və həmin müstəmləkələrə qarşı bu gün də öz iyrənc siyasətini davam etdirir. Çox təəssüflər olsun ki, beynəlxalq siyasətdə bu günə qədər Fransanın qarşısında duran dövlət yox idi. Xırda ölkələr Fransaya bir söz deyə bilmirdilər və buna gücləri çatmırdı, Fransaya qarşı etirazlarını göstərə bilmirdilər. Heç bir ölkə də bu dövlətlərin səsinə səs vermirdi. Bu gün Azərbaycan müxalif platformalarda həmin dövlətlərə dəstək verirdilər. Azərbaycan həmin dövlətlərin öz hüquqlarını qoruması üçün var gücü ilə çalışır.

Faktiki olaraq Fransa oradakı insanları istismar edir. Məlum olduğu kimi, ada dövlətlərində nüvə sınaqları həyata keçirilir. Bu gün Fransa ən çox nüvə başlıqlarına malik dövlətdir. Bildiyimiz kimi, ada ölkələrinin çox gözəl təbiətləri var. Fransa orada nüvə başlıqlarının sınağını keçirməklə flora və faunanın məhv olmasına şərait yaradır. Beləliklə də, ada dövlətlərində yaşayan insanlar müxtəlif xəstəliklərə yoluxaraq həyatlarından olurlar.

Bu insanların mübarizəsi haqq mübarizəsidir. Onlar yaşamaq və öz təbiətlərini qorumaq üçün mübarizə aparırlar. COP29 tədbiri də məhz bununla səsləşir. Bu gün Azərbaycan dünyada humanizmə çox dəstək verən ölkə kimi bu dövlətlərin səsinə səs verir. Çox təəssüf ki, Niderland da Fransa ilə eyni mövqedən çıxış edərkən, eyni siyasəti aparır.

Zeynal Əmrəliyev: “Nə qədər ki, belə şəxslər var Avropa Birliyi çökməyə məhkumdur”.

Avropa İttifaqı Komissiyasının təhlükəsizlik və xarici siyasət məsələləri üzrə ali nümayəndəsi Cozef Borrellin verdiyi açıqlama bir daha onun şəxsiyyətinin göstəricisidir. Məlum olduğu kimi Borrel dünya siyasətində ikili yanaşmanın ən böyük örnəklərindəndir. Şəxs olaraq Cozef Borrell harada haqsız dövlət varsa, onun yanına durur. Bu şəxsin Azərbaycana qarşı olan nifrəti, qərəzli yanaşması bilinən faktdır. Bu gün dı özünü məhz bu formada göstərir. Biz Borrelldən fərqli açıqlama gözləmirdik. Bu Azərbaycana qarşı olan nifrətin sadəcə olaraq bariz nümunəsidir.

Çox təəssüflər olsun ki, Avropa Birliyində, Avropa Birliyi Assambleyasında və Avropanın digər qurumlarında bu şəkildə erməni diasporunun əsirinə çevrilmiş Borrell kimi şəxslər məsul vəzifədə əyləşiblər. Nə qədər ki, belə şəxslər var Avropa Birliyi çökməyə məhkumdur. Göründüyü kimi Avropa Birliyində çöküntü meydana gəlir, Birlik artıq parçalanır.

Cozef Borrell kimi öz işini bacarmayan, tamamilə qərəzli mövqe sərgiləyən diplomatların, ali vəzifə şəxslərin sayəsində bu gün Avropa Birliyi çöküb. Bu da Avropa Birliyinin özünə ziyandır”.

Nərminə UMUDLU
Poliqon.info

Seçilən
13
poliqon.info

1Mənbələr