AZ

Aİ Rusiyaya hərbi yardım göstərdiyi üçün İrana yeni sanksiyalar tətbiq edib

Aİ Rusiyaya hərbi yardım göstərdiyi üçün İrana yeni sanksiyalar tətbiq edib

Avropa İttifaqı Rusiyaya və Yaxın Şərqdəki qruplara hərbi ləvazimatlar tədarük etdiyi iddiası ilə İrana qarşı sanksiyaları genişləndirib və Tehrana qarşı ticarət məhdudiyyətləri əlavə edib. Bu barədə Brüsseldə keçirilən iclasdan sonra Aİ Şurası məlumat yayıb."Bu gün Şura Rusiyanın Ukraynaya qarşı apardığı işğalçılıq müharibəsinə, eləcə də Yaxın Şərq və Qırmızı dəniz regionunda silahlı qruplar və təşkilatlara İranın hərbi dəstəyi ilə əlaqədar məhdudlaşdırıcı tədbirlərin əhatə dairəsini genişləndirmək qərarına gəlib. Bu əlavə tədbir İranın pilotsuz uçuş aparatlarının, raketlərinin və əlaqədar texnologiya və komponentlərin ötürülməsi üçün gəmi və limanlardan istifadəni hədəfləyir”, - deyə məlumatda bildirilir.Sənəddə vurğulanır ki, bugünkü qərar raketlərin və PUA-ların hazırlanmasında və istehsalında istifadə olunan komponentlərin Aİ-dən İrana ixracına, ötürülməsinə, tədarükünə və ya satışına qadağa qoyur.İranın ən böyük gəmi sahibi şirkəti olan İran İslam Respublikası Dəniz Gəmiçiliyi Qrupu və onun direktorları da qara siyahıya salınıb.

Seçilən
17
4
afn.az

6Mənbələr