AZ

Beyruta hücum: "Hizbullah"ın daha bir yetkilisi öldürüldü

"Hizbullah"ın xəbər xidmətinin rəhbəri Məhəmməd Afif Beyrutun mərkəzindəki Ras-en-Nabaa bölgəsində İsrailin hava hücumu nəticəsində öldürülüb.

Publika.az xəbər verir ki, "Əl-Cəzirə" telekanalı bu barədə Livanın təhlükəsizlik xidmətinə istinadən məlumat yayıb.

Məlumata görə, Afif Suriya Ərəb Sosialist İntibah Partiyasının qərargahının yerləşdiyi binada olub.

Səhiyyə Nazirliyinin məlumatına görə, hava hücumu nəticəsində üç mülki şəxs də yaralanıb.

Seçilən
24
publika.az

1Mənbələr