Niderland yığmasının iki futbolçusu Millətlər Liqasında Bosniya və Herseqovinaya qarşı matçda iştirak etməyəcək.
Fanat.Az xəbər verir ki, bunu oyundan öncə təşkil edilən mətbuat konfransında "portağallar"ın baş məşqçisi Ronald Kuman deyib.
O, müəyyən zədələri olan oyunçuların - "Liverpul"un müdafiəçisi Vircil van Deykin və "Barselona"nın yarımmüdafiəçisi Frenki de Yonqun sözügedən oyunda meydana çıxmayacaqlarını söyləyib.
Qeyd edək ki, Bosniya və Herseqovina - Niderland qarşılaşması noyabrın 19-da keçiriləcək.