“Donald Trampın bu qərarın öhdəsindən gələcəyi ilə bağlı ümidlər böyükdür”.
Yenicag.az xəbər verir ki, bunu ABŞ-nin Ukraynaya Rusiyanın dərinliklərini vurmaq icazəsinin nələrə səbəb olacağından danışan rusiyalı siyasətçi Maria Butin deyib.
Onun sözlərinə görə, ABŞ Ukraynaya Rusiyaya zərbələr endirmək üçün icazə versə, III Dünya müharibəsi riski yarana bilər.
“Bayden administrasiyası hələ hakimiyyətdə olduqları müddətdə vəziyyəti maksimum dərəcədə gərginləşdirməyə çalışacaq. Donald Trampın bu qərarın öhdəsindən gələcəyi ilə bağlı ümidlər böyükdür. Çünki o, III Dünya müharibəsinin necə riskli ola biləcəyini anlayır”, – deyə o bildirib.
Nəsimi Ələsgərli