AZ

Millinin üzvləri pasportlarını itirdilər -Oyuna çıxa bilməyəcəklər

Yamayka millisinin iki üzvü xoşagəlməz vəziyyətlə üzləşiblər. 

Fanat.Az xəbər verir ki, sözügedən yığmanın futbolçuları Maykl Antonio və Kaheim Dixon pasportlarını itiriblər.

Bu barədə millinin baş məşqçisi Stiv Maklaren mətbuat konfransında məlumat verib.

"Goal" təcrübəli mütəxəssisin dediklərini belə çatdırıb:
"İki futbolçum pasportunu itirib. Onların yerinə başqalarını çağırmaq və viza almaq üçün çox gec idi, ona görə də itkilərini qəbul etmək məcburiyyətindəyik".

Beləliklə, Antonio və Dixon ABŞ-la KONKAKAF Millətlər Liqası oyununda iştirak etməyəcəklər. Görüş noyabrın 19-dan 20-nə keçən gecə baş tutacaq. 

Mirağa

Seçilən
10
1
fanat.az

2Mənbələr