AZ

35 yaşlı kişi faciəvi şəkildə öldü

Biləsuvar rayonunda bədbəxt hadisə baş verib.

Milli.Az xəbər verir ki, hadisə rayonun Ağalıkənd kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1989-cu il təvəllüdlü Əhmədov Mətləb Famil oğlu  yaşadıqları evdə aldığı güllə yarasından hadisə yerində ölüb.

İlkin olaraq, onun ölümünə səbəb ov tüfəngdən ehtiyatsız davranması deyilir.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
14
4
editor.az

5Mənbələr