Neymar keçmiş klubu ilə razılığa gəlib.

Offsideplus.az xəbər verir ki, ulduz futbolçu "Santos"la anlaşıb. Bu barədə "Todofichajes" məlumat yayıb.

Braziliyalının "Əl-Hilal" ilə müqaviləyə xitam vermək üçün danışıqlar apardığı qeyd olunub. 

Yeni kontraktın maddi detalları hələ ki, üzə çıxmayıb. 32 yaşlı oyunçunun transferinin indiki komandasından ayrıldıqdan sonra qarşıdakı həftələrdə rəsmiləşəcəyi gözlənilir.

Xatırladaq ki, Neymar professional karyerasına 2009-cu ildə "Santos" da başlayıb.