AZ

Sentyabr daşqınları Çexiyaya 2,4 milyard avro zərər vurub

Sentyabr ayında ölkədə baş verən daşqınların ümumi zərərini ən azı 60 milyard kron (təxminən 2,4 milyard avro) dəyərində qiymətləndiririk.

“Report” xəbər verir ki, bu barədə Çexiya maliyyə naziri Zbynek Stanjura deyib.

O qeyd edib ki, təbii fəlakətdən dəymiş ziyanın məbləğinin hesablanması hələ başa çatmayıb və rəqəmlər dəyişə bilər.

Daşqınlardan ən çox zərər dövlət əmlakına dəyib. Ölkə təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün vəsaitin bir hissəsini Avropa İttifaqının fondlarından alacaq.

Daşqınlara qarşı mübarizəyə planlaşdırılmamış vəsaitlərin ayrılması zərurəti ilə əlaqədar dövlət büdcəsinin xərcləri kəskin artıb. 2024-cü il üçün dövlət büdcəsinin kəsiri 30 milyard kron (təxminən 1,17 milyard avro) artırılaraq 282 milyard krona (təxminən 12 milyard avro) çatdırılıb.

Seçilən
50
1
report.az

2Mənbələr