UEFA Millətlər Liqasında VI turun oyunları davam edir.
“Qafqazinfo” xəbər verir ki, 2-ci oyun günündə 9 qarşılaşma keçirilib.
A Liqasında Portuqaliya Xorvatiyanın qonağı olub. Görüşdə qalib müəyyənləşməyib. İspaniya isə İsveçrəni sınağa çəkib. 5 qolun qeydə alındığı matçda pireneylilər rəqibini məğlub edib.
D Liqasında səfərdə Lixtenşyteynə qalib gələn San Marino yığması qrup qalibi kimi C Liqasına vəsiqə əldə edib.
UEFA Millətlər Liqası, qrup mərhələsi, VI tur
18 noyabr
A Liqası, 1-ci qrup
Xorvatiya - Portuqaliya - 1:1
Polşa - Şotlandiya - 1:2
A Liqası, 4-cü qrup
İspaniya - İsveçrə - 3:2
Serbiya - Danimarka - 0:0
C Liqası, 2-ci qrup
Kosovo - Litva - 1:0
Rumıniya - Kipr - 4:1
C Liqası, 3-cü qrup
Bolqarıstan - Belarus - 1:1
Lüksemburq - Şimali İrlandiya - 2:2
D Liqası, 1-ci qrup
Lixtenşteyn - San Marino - 1:3
Qeyd edək ki, tura sabah keçiriləcək oyunlarla yekun vurulacaq. Noyabrın 19-da Azərbaycan millisi İsveçlə qarşılaşacaq.