AZ

Slovakiyalı nazirdən İqlim Maliyyəsi Fondu ilə bağlı MÜHÜM AÇIQLAMA

Ən böyük çətinliklərdən biri keçmişdən, xüsusilə də kommunizm dövründən qalan yükləri aradan qaldırmaqdır. Bu yüklər həm fərdlərə, həm də icmalara dərin təsir göstərib.

Bu fikirləri COP29 çərçivəsində Musavat.com-a açıqlamasında Slovakiyanın baş nazirinin müavini və ətraf mühit naziri Tomaş Taraba bildirib.

Nazir qeyd edib ki, Slovakiya Avropa İttifaqının üzv dövləti olaraq Ümumi Bəyanatı dəstəkləməyə hazırdır:

"Bununla bağlı vahid mövqeyimiz var. Nəticəni zaman göstərəcək, lakin hər halda realist hədəflərə sahib olmaq vacibdir və Avropa İttifaqı çərçivəsində keçmişdə müəyyən edilmiş bəzi hədəflərin yenidən qiymətləndirilməsinə ehtiyac yaranacağını gözləyirik. Ümid edirik ki, COP sayəsində daha böyük təsir əldə edə biləcəyik".

Slovakiyalı nazir hökumətinin İqlim Maliyyəsi Fondunun yaradılmasını dəstəklədiyini bildirib:

"Biz fondun yaradılmasını dəstəkləyirik. Bunun yalnız bir neçə ölkənin öhdəliyi olmadığını düşünürük".

Nigar HƏSƏNLİ,
Musavat.com

Seçilən
19
musavat.com

1Mənbələr