AZ

Aİ-95 markalı benzinin qiyməti dövlət tərəfindən tənzimlənəcək

Azərbaycanda artıq bir neçə aydır ki, tənzimlənmiş qiymətlərlə 1,60 manata satılan Aİ-95 markalı benzinin istehsalına başlanılıb.

APA xəbər verir ki, bunu Energetika Nazirliyinin İqtisadiyyat şöbəsinin müdiri Rauf Qurbanov bu gün Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin keçirilən iclasında “Enerji resurslarından səmərəli istifadə və enerji səmərəliliyi haqqında” qanuna təklif olunan dəyişikliklərin müzakirəsi zamanı deyib.

O bildirib ki, Aİ-95 markalı benzinin qiyməti hələlik tənzimlənən qiymətlərlə satılan məhsulların siyahısına daxil edilməyib: “Yaxın vaxtlarda Nazirlər Kabineti Aİ-95-i də bu siyahıya daxil edəcək. Aİ-98 markalı benzin bizdə istehsal olunmur. Ona görə də onun qiyməti tənzimlənmir”.

Seçilən
8
49
oxumeni.az

10Mənbələr