AZ

HƏMAS siyasət səhnəsindən çəkilir?..

Yayılan xəbərlərə görə, HƏMAS təşkilatının siyasi rəhbərliyi Qətər paytaxtı Dohadakı qərargahını tərk etmək məcburiyyətində qalıb...

Politoloq: “Əslində İsrail tərəfindən HƏMAS-ın qərargahının Qətərdən Türkiyəyə köçürülməsi ilə bağlı ortaya atılan iddia təsadüfi deyil və bəlli məqsədlərə hesablanıb”.

“HƏMAS-ın bundan sonra siyasi səhnədən çəkiləcəyini, hərbi fəaliyyətini dayandıracağını söyləmək mümkün deyil”.

Bu sözləri politoloq Əli Zülfüqaroğlu HƏMAS təşkilatının siyasi rəhbərliyinin Qətər paytaxtı Dohadakı qərargahını tərk etmək məcburiyyətində qalmasını Poliqon-a şərh edərkən qeyd edib.

Ötən həftə yayılan xəbərlərə görə, HƏMAS təşkilatının siyasi rəhbərliyi Qətər paytaxtı Dohadakı qərargahını tərk etmək məcburiyyətində qalıb. Bundan sonra İsrail mediası dərhal xəbər yaydı ki, ofisini Türkiyəyə köçürüb. Bu xəbər ətrafında geniş müzakirələr başlayarkən, Türkiyə Xarici İşlər Nazirliyi yayılan xəbərin həqiqətə uyğun olmadığını açıqlayıb.

Digər tərfdın isə HƏMAS-ın Qəzzada idarəetməni Fələstin Muxtariyyətinə verməyə hazır olması barədə də xəbərlər yayılıb.

Bəs, İsraillə bir illik müharibədən sonra, HƏMAS siyasət səhnəsindən çəkilir?

HƏMAS-ın siyasi səhnədən çıxması ehtimalını Poliqon-un əməkdaşı politoloq Əli Zülfüqaroğlu ilə müzakirə edib.

Əli Zülfüqaroğlu: “İsrailin Qəzzada qeyri adekvat addımları əslində HƏMAS-ın üzvlərinin sayının artmasına səbəb oldu ki, bu İsrail daxilində müxalifət partiyaları və müxtəlif media tərəfindən də dilə gətirilir”.

Qəzzada Fələstin yönətiminin mövcudluğunu Təl-Əvivin heç bir zaman qəbul etməyəcəyini düşünən politoloq Poliqon-a açıqlamasında qeyd edib ki, HƏMAS bunu çox yaxşı bilir və bu səbəbdən də HƏMAS-ın istər siyasi, istərsə də, hərbi qanadının fəaliyyətini dayandıracağını söyləmək mümkün deyil:

“Əslində İsrail tərəfindən HƏMAS-ın qərargahının Qətərdən Türkiyəyə köçürülməsi ilə bağlı ortaya atılan iddia təsadüfi deyil və bəlli məqsədlərə hesablanıb. İsrail Türkiyə ilə ABŞ-ın yeni formalaşacaq hökuməti arasında münasibətlərin müsbət məcrada davam etməsindən narahatdır. Bundan sonrakı dönəmlərdə də bu tipli addımların atılacağı və bu istiqamətdə təxribat xarakterli təbliğat aparılacağını proqnozlaşdırmaq olar.

Əlbəttə, Türkiyə ilə İsrail arasındakı münasibətlər gərgindir və Netanyahu hakimiyyətinin hakimiyyətdə olacağı müddət ərzində bu münasibətlər heç bir zaman düzəlməyəcək. Onu da demək mümkündür ki, HƏMAS-ın Qəzzadakı yönətimi Fələstinin yönətiminə nəzarətin verilməsi ilə bağlı addımı tam diplomatik gedişdir və İsraili də fakt qarşısına qoyur. Çünki İsrailin məqsədi iil dövlət prinsipini rədd etmək və bütün Fələstin ərazisində İsrailin hakimiyyətini bərqərar etməkdən ibarətdir.

Əli Zülfüqaroğlu: “İsrail Türkiyə ilə ABŞ-ın yeni formalaşacaq hökuməti arasında münasibətlərin müsbət məcrada davam etməsindən narahatdır”.

Ona görə də Qəzzada Fələstin yönətiminin mövcudluğunu Təl-Əviv heç bir zaman qəbul etməyəcək. HƏMAS bunu çox yaxşı bilir və bu səbəbdən də HƏMAS-ın istər siyasi, istərsə də, hərbi qanadının fəaliyyətini dayandıracağını söyləmək mümkün deyil.

İsrailin Qəzzada qeyri adekvat addımları əslində HƏMAS-ın üzvlərinin sayının artmasına səbəb oldu ki, bu İsrail daxilində müxalifət partiyaları və müxtəlif media tərəfindən də dilə gətirildi. Ona görə də, HƏMAS-ın bundan sonra siyasi səhnədən çəkiləcəyini, hərbi fəaliyyətini dayandıracağını söyləmək mümkün deyil”.

Nərminə UMUDLU
Poliqon.info

Seçilən
17
poliqon.info

1Mənbələr