AZ

Nazir: 2021-2022-ci illərdə 207 mindən çox saxta əlil müəyyən edilib

2021-2022-ci illərdə saxta əlilliklə dövlət vəsaitlərini mənimsəyən 207 000-dən çox şəxs müəyyən edilib.

Xezerxeber.az xəbər verir ki, bu barədə Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə keçirilən iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

"Qanunvericiliklə kimə əlillik düşürsə, veriləcək. Qanunvericiliklə düşməyənə isə əlillik verilməyəcək". 

Sahil Babayev əlavə edib ki, bu il 40 min şəxsə əlillik təyin olunub. Bunun yarısı ilkin əlillikdir.

Nazir bildirib ki, reabilitasiya təyin olunan xəstələrdə əlillik müddətli təyin olunur: "Müddət bitəndə vətəndaşlar yenidən müraciət etməlidir. Vətəndaşlar yerlərdə tibb müəssisələrinə müraciət edirlər. Tibb müəssisələri analizlər götürür, uyğun bilirsə, ona forma verir. Uyğun bilmirsə, vermir, yəni imtinanı tibb müəssisələri verir. Yerlərdə bizim nazirliyimiz əlilliklə bağlı qiymətləndirmə aparmır”.

Seçilən
12
xezerxeber.az

1Mənbələr