Ukrayna artıq Rusiya ərazisini Amerikanın uzaqmənzilli ATACMS raketləri ilə vurub.
EDnews xəbər verir ki, bu barədə Ukrayna KİV-ləri məlumat yayıb.
Məlumata görə, həmin raketlər Bryansk vilayətindəki sursat anbarına düşüb.
"Həqiqətən də ilk dəfə olaraq Rusiya Federasiyası ərazisinə zərbələr endirmək üçün ATACMS-dən istifadə edilib. Zərbə Bryansk vilayətindəki obyektə dəyib və o, uğurla vurulub", - hərbi mənbə Ukrayna KİV-nə bildirib.
Xatırladaq ki, ABŞ Dövlət Departamenti prezident Baydenin Rusiyanın dərinliklərində uzaqmənzilli zərbələrə icazə verdiyini təsdiqləyib.