AZ

Veteranların pulu artırılsın - TƏKLİF

Yazını böyüt
Yazını kiçilt

"Veteran pulu" heç olmasa 20-30 manat qaldırılsın.

Hafta.az xəbər verir ki, bu haqda Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov Hüquq siyasət və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Regional məsələlər komitələlərinin birgə iclasında 2025-ci ilin büdcə müzakirələri zamanı deyib. 

Deputat bildirib ki, 80 manatı o zaman onların kommunal xidmətlərinə uyğun olaraq verilmişdi:

"Axı indi su, qaz, işıq pulları qalxıb. Metro və avtobus qiymətləri də qalxıb”. 

Ombudsman Səbinə Əliyeva da "Veteran pulu"nun artırılması təklifi ilə çıxış edib.

“Müharibə veteranlarının sosial müdafiəsinin gücləndirilməsi məqsədilə “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün məbləği artırılmalıdır. 

Eyni zamanda, hərbi qulluqçulara (müddətli həqiqi hərbi qulluqçular istisna olmaqla) tutduqları vəzifəyə, habelə hərbi rütbələrə görə ödənilən pul təminatının, eyni zamanda müvəqqəti mənzil kirayəsi üçün pul məbləğinin artırılması zəruridir”, - deyə Səbinə Əliyeva qeyd edib. 

Seçilən
3
17
hafta.az

10Mənbələr