AZ

Estoniya XİN: Trampın planı işə düşərsə, Aİ Ukraynaya hərbi qüvvə göndərməlidir

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın təklif etdiyi sülh sazişinə görə Avropa İttifaqı (Aİ) Ukraynaya hərbi yardım göndərməlidir.

Bu barədə Estoniyanın xarici işlər naziri Marqus Tsaxna "Financial Time" qəzetinə müsahibəsində bildirib.

Onun fikrincə, belə bir qərar “Trampın istənilən sülh razılaşmasını təmin etməyə” kömək edəcək, ona görə də Avropa liderləri qoşunlarını göndərməyə hazırlaşmalıdırlar.

Diplomat qeyd edib ki, Kiyevin təhlükəsizliyi üçün “real təminat” ölkənin NATO-ya daxil olması olacaq və seçilmiş Amerika liderinin administrasiyası bundan imtina edərsə, hərbi yardım yeganə variant olaraq qalacaq.

Seçilən
8
aznews.az

1Mənbələr