Sakit okeanın cənubunda Tonqa krallığının sahillərində 5,7 bal gücündə zəlzələ qeydə alınıb.
Bu barədə Avropa Aralıq dənizi Seysmoloji Mərkəzi ( EMSC ) məlumat yayıb.
Zəlzələnin mənbəyi paytaxt Nukualofa şəhərindən 61 km aralıda, 10 km dərinlikdə yerləşib. Bölgədə sunami təhlükəsi elan olunmayıb, tələfat və dağıntılar barədə məlumat verilməyib.