AZ

Rusiya hansı hallarda və kimlərə qarşı nüvədən istifadə edəcək? — Putin sənədi imzaladı

Rusiya prezidenti Vladimir Putin yeni fərman imzalayıb.

Demokrat.az xarici KİV-ə istinadən xəbər verir ki, Putinin imzaladığı fərmana əsasən, Rusiyanın nüvə silahının istifadəsini tənzimləyən şərtlərə bəzi yeniliklər edilib.

Yeni doktrinaya görə, hansısa bir ölkənin nüvə silahına malik başqa bir ölkənin dəstəyi ilə Rusiya ərazilərinə ballistik raket hücumu zamanı Rusiya nüvə silahları ilə cavab verməklə yanaşı, insansız hava vasitələri və döyüş təyyarələri ilə də həmin hücuma cavab verəcək. 

Rusiyaya "bir düşmən tərəfindən" hücum olarsa nüvə silahının istifadə olunmasına  səbəb ola biləcək.
 
Bu hücum Rusiyaya qarşı ittifaq üzvü dövlət tərəfindən hücum kimi qiymətləndirilməklə bərabər, həm də nüvə reaksiyasına səbəb olacaq. Bundan başqa sözügedən ölkənin bağlı olduğu bütün alyans üzvləri hücum edən ölkənin mümkün tərəfləri kimi qəbul ediləcək.

Jalə
Demokrat.az
Seçilən
8
1
demokrat.az

2Mənbələr