AZ

Növbəti il polislərin maaşları artırıla bilər - Nazir

2025-ci il polislərin əməkhaqqlarının artırılması məsələsinə baxılacaq. Bunu maliyyə naziri Samir Şərifov bu gün Milli Məclisdə  Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları və Regional məsələlər komitələrinin birgə iclasında  çıxışı zamanı bildirib. 
 
"Təhlükəsizliklə bağlı məsələ Prezidentin hər zaman diqqətindədir. Bu kateqoriyadan olan şəxslərin maaşların artırılması məsələsinə yenidən baxıla bilər. Elə də gələn il Daxili İşlər Nazirliyinin əməkdaşlarının əməkhaqqlarının artırılmasına baxılacaq", - nazir çıxışında deyib. 
 
Samir Şərifov cari il Daxili Qoşunların əməkhaqqlarının artırılmasını da diqqətə çatdırıb.

Gülnar Nazimqızı 
www.anews.az
Seçilən
7
18
anews.az

10Mənbələr