AZ

Elçin Zeynalov: "Azərbaycan qlobal platformalardan tam istifadədə maraqlıdır"

Azərbaycan davamlı kənd təsərrüfatının dəstəklənməsində səylərin gücləndirilməsi üçün qlobal platformalardan tam istifadədə maraqlıdır.

"Report" xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov COP29 çərçivəsində təşkil olunmuş “Aqro-ərzaq sisteminin transformasiyasının maliyyələşdirilməsi”mövzusunda panel müzakirələrdə bildirib.

Onun sözlərinə görə, iqlimə davamlı kənd təsərrüfatına sərmayə qoyulması təbii ehtiyatların qorunması və davamlı gələcəyin qurulması baxımından mühüm əhəmiyyət kəsb edir.

Nazir müavini əlavə edib ki, fermerlərin iqlim dəyişikliklərinə uyğunlaşması, təsərrüfatlarının məhsuldar və davamlı olması üçün hərtərəfli dəstəyə ehtiyacı var: "Fermerlərin yeni texnologiyaların və iqlim baxımından ağıllı təcrübələrin tətbiqi istiqamətində dəstəklənməsi qlobal ərzaq təhlükəsizliyi üçün mühüm əhəmiyyət kəsb edir. Azərbaycanda fermerlərin daha dayanıqlı və səmərəli əkinçilik təcrübələrinə keçidinə kömək etmək məqsədilə müxtəlif dəstək mexanizmləri mövcuddur. Bu maliyyə mexanizmləri ilə yanaşı, təsərrüfatları təbii fələkətlərlə bağlı risklərdən qorumaq üçün Aqrar Sığorta Fondu fəaliyyət göstərir".

Panel müzakirələrdə çıxış edən FAO-nun İqlim Dəyişikliyi, Ətraf Mühit və Biomüxtəliflik İdarəsinin Baş təbii sərvətlər mütəxəssisi Martial Bernoux, Dünya Bankının Kənd Təsərrüfatı üzrə Qlobal Direktoru Şoba Şetti, Dünya Bankının İqlim-Ağıllı Kənd Təsərrüfatı üzrə Qlobal Rəhbəri Bil Sattın iqlim dayanıqlığını artırmaq üçün iqlim dəyişikliyi planlaşdırması, həyata keçirilməsi, monitorinq və hesabatların təqdim edilməsi iqlim dəyişikliyinə uyğunlaşma və təsirlərin yumşaldılması, aqro-ərzaq sistemlərinin iqlim maliyyəsinin vəziyyəti, hədəf və imkanlar, aqro-ərzaq sisteminin transformasiyası emissiyaların həcminin əhəmiyyətli dərəcədə azaldılması ilə bağlı öz fikirlərini bölüşüblər.

Seçilən
20
far.az

1Mənbələr