AZ

Rusiyaya raket atılıdı

Rusiya Müdafiə Nazirliyi Ukrayna Silahlı Qüvvələrinin noyabrın 19-na keçən gecə Bryansk vilayətinin ərazisinə ATACMS raketləri ilə hücum etdiyi barədə xəbəri təsdiqləyib.

XALQ.AZ xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Bryansk vilayətinə atılan ATACMS uzaqmənzilli raketlərindən eşi “Pantsir” kompleksi tərəfindən vurulub, biri isə zədələnib.

Rusiya Müdafiə Nazirliyi raketlərin Bryansk vilayətindəki hərbi obyektin texniki ərazisinə düşdüyünü, yanğın baş verdiyini və onun söndürüldüyünü vurğulayıb.

“Hər hansı tələfat və dağıntı yoxdur”, – nazirlik qeyd edib.

Xatırladaq ki, ABŞ prezidenti Bayden Ukraynaya Rusiyanın dərinliklərində ATACMS ballistik raketlərilə zərbələr endorməyə icazə verib. Bu haqda “Nyu-York Tayms” məlumat yayıb.

Seçilən
5
1
xalq.az

5Mənbələr