AZ

Qızıl üçün ŞOK proqnoz

“Goldman Sachs” analitikləri qızılın qiymətinin 2025-ci ilin dekabrına kimi unsiya üçün 3000 dollara qalxacağı ilə bağlı proqnoz verib. Məlumata görə, Donald Trampın prezidentliyi dövründə qızılın artmağa davam edəcək.

“Cebheinfo.az” xəbər verir ki, bunu “Bloomberg” yazıb.

“Goldman Sachs” qızılı 2025-ci il üçün əsas mallar siyahısına daxil edib. “Forbes” yazır ki, analitiklərin fikrincə, qiymətli metalın qiymətləri mərkəzi bankların alışları və ABŞ Federal Ehtiyat Sisteminin (FRS) aşağı faiz dərəcələri hesabına rekord səviyyəyə qalxacaq.

“Goldman Sachs”-a görə, qızılın qiymətinin artımına Federal Ehtiyat Sisteminin monetar siyasətini yumşaltması fonunda birja fondlarına vəsait axını kömək edəcək.

“Bloomberg” xatırladır ki, qızıl 2024-cü ildə rekordları ardıcıl olaraq yeniləyib. Oktyabrın sonunda onun qiyməti ilk dəfə olaraq bir unsiya üçün 2800 dolları ötüb. Bu, ABŞ Federal Ehtiyat Sisteminin uçot dərəcəsini aşağı salması və mərkəzi bankların alışlarını artırması ilə bağlıdır.

Trampın ABŞ prezident seçkilərində qələbəsindən sonra qızıl əhəmiyyətli dərəcədə ucuzlaşaraq təxminən 7% dəyər itirib. Bu, dolların kəskin möhkəmlənməsi fonunda baş verib. Bir qayda olaraq, bu iki aktiv tərs korrelyasiyaya malikdir. Güclü dollar əksər alıcılar üçün dollarla ifadə olunan məhsulları daha baha edir. ABŞ valyutası zəiflədikdə, qızılın qiyməti qalxır.

“Goldman Sachs” analitiklərinin fikrincə, Trampın yeni prezzidentliyi dövründə qızıl bahalaşa bilər. Onların fikrincə, Çindən malların idxalına 60% rüsum tətbiq etmək planları bu metalın spekulyativ alışına səbəb ola bilər. Bundan əlavə, qızıl qiymətləri ABŞ-nin fiskal davamlılığı ilə bağlı narahatlıqlarla dəstəklənə bilər. Çünki mərkəzi banklar, xüsusən də ABŞ xəzinədarlıqlarının böyük ehtiyatlarına sahib olanlar alışlarını artırır.

Seçilən
23
50
cebheinfo.az

10Mənbələr