AZ

Zelenski: Bu, Ukrayna üçün həyati əhəmiyyət kəsb edir

Ukraynanın NATO-ya üzv olmaq hüququ ölkə üçün həyati əhəmiyyət kəsb edir. 

 

Sfera.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski özünün Telegram kanalında yazıb .

 

“Dəvət tərəfdaşlar üçün təhlükəsizlik şərtlərini kökündən dəyişdirməyən və Ukrayna üçün NATO Müqaviləsi 5-ci maddəsinin dərhal aktivləşdirilməsi demək olmayan bir addımdır”.

 

Daha əvvəl Volodimir Zelenski bildirib ki, onun qələbə planının bəndlərindən biri Ukraynanı NATO-ya dəvət etməkdir.

 

Macarıstanın xarici işlər naziri Peter Siyarto isə bildirib ki, Kiyev hazırkı şəraitdə alyansa üzv ola bilməz, çünki bu, üçüncü dünya müharibəsinə gətirib çıxaracaq.

 

İnci 

 

Seçilən
24
sfera.az

1Mənbələr