AZ

Soyuq mövsümdə əllərin gözəlliyini və gəncliyini qorumağın beş sirri

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Qış, xüsusilə də əllərin zərif və nazik dərisi üçün çətin mövsümdür. Temperatur dəyişiklikləri, qapalı məkanlarda quru hava, şaxtada küləyin təsiri - bütün bu amillər epidermisə mənfi təsir göstərir.
Oxu.Az-ın "Izvestiya"ya istinadla verdiyi məlumata görə, rusiyalı tibb elmləri namizədi, dermato-veneroloji həkim Natalya Mixaylova bununla bağlı danışıb.
Ekspert soyuq mövsümdə əllərin gözəlliyini və gəncliyini qorumaq üçün beş sirri açıqlayıb.
Qışda əl dərisinə xüsusi qulluq lazımdır
"Soyuq mövsümdə temperatur dəyişiklikləri və otaqların isidilməsi səbəbindən epidermis nəm və həmçinin əl dərisini quruluqdan qoruyan lipidlərdən məhrum olur. Kəskin susuzlaşma müxtəlif zədələrə - mikroçatlara, qabıqlanmaya, qızartıya səbəb ola bilər ki, bunlar da qışda gec sağalır. Bundan əlavə, soyuq damarlara təsir edir və dərinin qidalanmasını pisləşdirir. Buna görə, əlcək geyinmək çox vacibdir", - deyə ekspert bildirib.
Düzgün yuma
Natalya Mixaylovanın sözlərinə görə, əl dərisinin təmizlənməsi üçün spirtli losyonlar və dezinfeksiyaedici vasitələr lazım deyil - adi sabun və ya gel kifayətdir.
"Sabundansa, maye yuyucu vasitələrdən istifadə etmək daha yaxşıdır, çünki onlarda qələvi yoxdur və hidrolipid təbəqəsinə (lipidləri, yəni dərini quruluqdan qoruyan yağları ehtiva edir) minimal zərər verirlər. Yemək hazırlayarkən tez-tez əllərimizi yuyuruq və dərinin səthindən bu zərif lipid təbəqəsini yuyub aparırıq. İsti su hidrolipid təbəqəsini həll etdiyi üçün sərin və ya ilıq su daha faydalı olacaq. Bunu qab-qacaqla müqayisə etmək olar: yağ isti su ilə daha yaxşı yuyulur", - deyə ekspert vurğulayıb.
İntensiv nəmləndirmə və qidalanma
Həkim qeyd etdi ki, qışda daha qalın qidalandırıcı kremə keçmək və onu gecə istifadə etmək məsləhətdir:
"Həmçinin qulluğa yağlar və müxtəlif bitki ekstraktları tərkibli qidalandırıcı maskalar əlavə etmək faydalıdır. Əllərin dərisində zədələnmələr varsa, dərinin bərpasına və regenerasiyasına kömək edəcək komponentlər seçmək lazımdır. Asiya sentellası (centella asiatica) tərkibli krem və ya maska kollagen istehsalının bərpasına kömək edir, hialuron turşusu tərkibli olan isə intensiv nəmləndirir və nəmi üst qatlarda saxlayır. Qızartı və iltihablar zamanı kremin tərkibində biyan, gülümbahar və ya çobanyastığı ekstraktı faydalı olacaq. Çantada həmişə hər əl yuduqdan sonra çəkilməsi lazım olan nəmləndirici krem olmalıdır. Onu evdə də, xüsusilə də əlin kifayət qədər nazik olan və tez quruyan üst səthində istifadə etmək məsləhətdir".
Yağlar, yoxsa krem?
Ekspertin sözlərinə görə, bir çoxları bitki yağlarını kremin daha təbii alternativi hesab edirlər, lakin bu tam doğru deyil.
"İnsan dərisi heyvan yağı istehsal edir, bitki yağları isə onun pH balansını və piy vəzilərinin işini poza bilər. Yaxşı kremlərdə dəriyə zərər verməyən xüsusi emal edilmiş hidrolizə olunmuş yağlar istifadə olunur. Buna görə, müasir krem şüşədəki yağdan daha üstündür".
Maskalar
Mixaylova yosun əsaslı alginat maskalarının dəri üçün faydalı olduğunu vurğulayıb. Ekspert onların epidermis üst qatlarını çox yaxşı nəmləndirdiyini, dərini yumşaltdığını, onun bərpasına və tonusunun yaxşılaşmasına kömək etdiyini bildirib.
"Əl dərisinə ilin istənilən vaxtında qulluq etmək lazımdır. Hətta üz dərisinə diqqətlə qulluq, müxtəlif inyeksiyalar etsək də, əllərimizi unutsaq, onlar mütləq yaşımızı büruzə verəcək. Əl dərisi nazikdir, onu bərpa etmək çox çətindir", - deyə mütəxəssis sözlərini yekunlaşdırıb.
Seçilən
10
3
oxu.az

10Mənbələr